Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının lideri Alisa Vaydelbackend

AfD lideri: “Avropa İttifaqından və avrodan çıxmaq istəmirik”

Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının lideri Alisa Vaydel ölkəsinin Avropa İttifaqından və avrozonadan çıxmasını istədikləri barədə iddiaları təkzib edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Vaydel partiyanın proqramında ilk növbədə Avropa İttifaqının islahatının nəzərdə tutulduğunu bildirib.

Onun sözlərinə görə, AfD Avropa İttifaqının suveren dövlətlər birliyinə və azad ticarət zonasına çevrilməsini istəyir.

Vaydel Avropa Komissiyasının geniş bürokratik aparatının insanların şəxsi həyatına müdaxilə etməsini, şirkətlərə nə istehsal etməli olduqlarını, istehlakçılara isə nə almalı və ya quraşdırmalı olduqlarını diktə etməsini tənqid edib.

O, bu yanaşmanı Sovet İttifaqı ilə müqayisə edərək, belə müdaxilələrin əleyhinə olduqlarını vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki