Andrey Sibiqabackend

Sibiqa Kiyevin münaqişənin həlli ilə bağlı planlarını açıqladı

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Kiyev Avropa İttifaqı istisna olmaqla, ABŞ və Rusiya ilə münaqişəyə son qoymaq məqsədilə saziş imzalamaq niyyətindədir.

İNFOAZ.MEDİA xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi ölkənin münaqişənin gələcək həlli ilə bağlı planlarını bu şəkildə şərh edib.

Nazir mətbuata verdiyi müsahibədə qeyd edib ki, söhbət konkret olaraq 20 bənddən ibarət çərçivə sənədindən gedirsə, bu sənəd ABŞ və Ukrayna arasında ikitərəfli razılaşma kimi imzalanacaq. Eyni zamanda, ABŞ-ın Rusiya ilə də analoji sənəd imzalaması nəzərdə tutulur.

Andrey Sibiqa vurğulayıb ki, danışıqlar hazırda davam edir və mövcud konfiqurasiya hələ yekun forma almayıb. Onun sözlərinə görə, Avropa İttifaqı təhlükəsizlik zəmanətləri məsələsində iştirak edir.

Rusiya tərəfinə gəldikdə isə, Moskvanın mövqeyinin uzun müddətdir dəyişməz qaldığı bildirilir. Kreml münaqişənin həlli ilə bağlı geniş açıqlamalar verməkdən çəkinir. Bununla belə, ərazi məsələsinin Rusiya üçün əsas prioritet olduğu vurğulanır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki