Taylandda qadın otel otağında vəhşicəsinə qətlə yetirilib.
İNFOAZ.MEDİA bildirir ki, Tayger (Thaiger) nəşrinin məlumatına görə, Taylandda bir qadın otel otağında partnyoru tərəfindən amansızcasına öldürülüb, hadisə zamanı onun dili kəsilib.
Polis könüllü şəkildə təslim olan 44 yaşlı kişini saxlayıb. O, 49 yaşlı qadının qətlində şübhəli bilinir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış zamanı qadının cəsədini otel otağındakı çarpayıda aşkarlayıblar.
Məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə əsasən, qadın boğularaq və zorakılıqla öldürülüb. Müayinə zamanı ağız boşluğunda dilinin kəsilərək götürüldüyü bildirilib.
Polis qadının dilini cinayətkarın avtomobilində aşkar edib. Məhkəmə şübhəlinin qəsdən adam öldürmə maddəsi ilə həbsinə qərar verib.
Orxan
























