150-dən çox israillinin olduğu FlyDubai sərnişin təyyarəsinin qaçırıldığı təsdiqlənəcəyi və təyyarənin İsrailə doğru hərəkətini davam etdirəcəyi təqdirdə onu vurmağa hazır olub.
İNFOAZ.MEDİA xəbər verir ki, protokola əsasən, İsrail qırıcıları əvvəlcə təyyarənin kabinəsini və sərnişin salonunu yoxlamalı, ekipajla əlaqə yaratmağa çalışmalı idi.
Təyyarənin qaçırıldığı müəyyənləşsə, əlaqə saxlanılmasa və İsrailə doğru uçuş davam etsə, baş nazir Benyamin Netanyahu böyük bir hədəfə mümkün hücumun qarşısını almaq üçün təyyarənin vurulmasına icazə verə bilərdi.
Rauf
























