İran Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai düşmənin İrana qarşı etdiyi hər bir hesablama səhvinin ağır məğlubiyyətlə nəticələndiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Düşmənin növbəti səhvi yeni cəbhələrin açılmasına və daha böyük sürprizlərin baş verməsinə səbəb olacaq”, – deyə Rezai qeyd edib.
O, Ali Rəhbərin rəhbərliyi, İran xalqının dəstəyi və dövlət qurumları arasında koordinasiya sayəsində ölkəsinin mövcud mürəkkəb vəziyyətdən güclü şəkildə çıxacağını bildirib.
Rauf
























