image-5915606964324995134backend

“Corc Buş” təyyarədaşıyanı Taylanda çatıb

ABŞ-ın “Corc Buş” təyyarədaşıyan gəmisinin təxminən 4 800 hərbi qulluqçu ilə Taylandın Phuket şəhərinə çatdığı bildirilib.

İNFOAZ.MEDİA xəbər verir ki, Reuters-in məlumatına görə, gəmi Yaxın Şərqdə ABŞ əməliyyatlarına altı ay dəstək verdikdən sonra istirahət üçün Phuketə gəlib.

Bu, mart ayında ABŞ-dan ayrıldıqdan sonra gəminin ilk liman dayanacağıdır. Heyət üzvlərinin oktyabrın 4-dən 9-dək şəhərdə istirahət, mədəni tədbirlər və ABŞ-Tayland futbol matçında iştirak etməsi gözlənilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki