image-tripp-layihesi-uzre-fiziki-islerin-2027-ci-ilde-baslanmasi-gozlenilir-768x403backend

TRIPP layihəsi ilə bağlı mühüm tarix: Dəmir yolu xəttinin çəkilişinə nə vaxt başlanacaq?

Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası regionda iqtisadi əməkdaşlığın genişlənməsi və yeni tranzit imkanlarının yaranması baxımından mühüm əhəmiyyət daşıyır. TRIPP layihəsi çərçivəsində iki ölkə arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması da bu istiqamətdə atılacaq addımlardan biri hesab olunur. Bəs layihənin icrasına nə vaxt başlanacaq və dəmir yolu bağlantısının hansı tarixədək istifadəyə verilməsi gözlənilir?

Mövzu ilə bağlı açıqlama verən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, TRIPP layihəsi çərçivəsində Azərbaycan və Ermənistan arasında dəmir yolu xəttinin yaradılması nəzərdə tutulur. Onun fikrincə, 2027-ci ildə layihə üzrə işlərə başlanılması gözlənilir.

Politoloq bildirib ki, sözügedən layihə təkcə Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin qurulmasına deyil, həm də iqtisadi əməkdaşlığın genişlənməsinə və Şərqlə Qərb arasında dəmir yolu bağlantısının inkişafına şərait yaradacaq:

“TRIPP layihəsi Cənubi Qafqazda siyasi və iqtisadi transformasiyaya səbəb ola bilər. Azərbaycan Ermənistanın bu layihəni daha tez həyata keçirməsində maraqlıdır və bunun üçün səylər göstərir. ABŞ-ın özəl şirkəti də bu istiqamətdə müvafiq işlər aparır”.

M.Əsədullazadə qeyd edib ki, Ankara, Bakı və İrəvan arasında bu istiqamətdə müəyyən addımlar atılır. Onun sözlərinə görə, layihənin reallaşdırılması prosesində əsas məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Politoloq hesab edir ki, 2027-ci ildə işlərə başlanılması gözlənilsə də, dəmir yolu əlaqəsinin tam olaraq hansı tarixdə istifadəyə veriləcəyi layihənin icra prosesindən və tərəflərin atacağı praktiki addımlardan asılı olacaq.// Konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki