ABŞ Prezidenti Donald Tramp aralıq seçkiləri kampaniyasının son mərhələsini demək olar ki, tamamilə Respublikaçıların güclü olduğu ştatlarda keçirir.
İNFOAZ.MEDİA xəbər verir ki, CNN yazır ki, bu, Respublikaçılar Partiyasının Konqres üzərində nəzarəti itirməkdən getdikcə daha çox narahat olduğunu göstərir.
Respublikaçı senatorlardan biri vəziyyəti “beş həyəcan siqnalı” ilə müqayisə edib: “Prezidenti hər zaman alqışlayırıq, amma onun buradakı insanların hisslərindən xəbərdar olub-olmadığını bilmirəm”.
Partiya daxilində yüksək yanacaq qiymətləri, yaşayış xərcləri, İran müharibəsi və Trampın mal əti idxalı siyasətinin hətta Respublikaçıların güclü olduğu ştatlarda belə seçicilərin dəstəyinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edilir.
Jalə
























