İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı ölkəyə mümkün hücum halında İran silahlı qüvvələrinin İsrailin bütün hərbi bazalarını nəzarətdə saxlayacağını bəyan edib. O bildirib ki, hazırda İran ordusu əvvəlkindən daha yaxşı vəziyyətdədir.
İNFOAZ.MEDİA xəbər verir ki, briqada generalı Hüseyn Nejat yerli mediaya müsahibəsində 2025-ci ilin iyununda baş verən 12 günlük müharibədən sonra İranın müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Onun sözlərinə görə, İran bu müharibədən sonra hərbi texnologiyalar, hücum və müdafiə imkanları baxımından daha güclü mövqeyə sahib olub.
Nejat Tehranın hava hücumundan müdafiə sisteminə də toxunaraq bildirib ki, paytaxtın müdafiəsi ilə bağlı konkret tədbirlər görülüb və mövcud vəziyyət 12 günlük müharibədən əvvəlki dövrlə müqayisədə daha yaxşıdır. O əlavə edib ki, əsas məqsəd mövcud imkanlardan səmərəli istifadə etməkdir.
Rauf
























