telefonbackend

“Samsung” bu cihazda yenilənmələri dayandırdı

Samsung Galaxy S21 seriyasının yeniləmələrini dayandırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Cənubi Koreyanın Samsung şirkəti Galaxy S21 seriyalı smartfonlar üçün proqramyeniləmələrini dayandırıb. Şirkət cihazlar 2021-ci ilin yanvarında təqdim edilərkən dörd əsas Android yeniləməsi vəd etmişdi və bu vəd yerinə yetirilib.

Galaxy S21, S21+ və S21 Ultra modelləri son yeniləmələrini 2025-ci ilin əvvəlində alıblar. Bu cihazlar 2026-cı ilin qışına qədər müntəzəm proqram yeniləmələri almayacaq.

Ekspertlər bildirir ki, Samsung artıq bu modellər üçün Android yeniləmələrini və müntəzəm təhlükəsizlik yamalarını dayandırıb. Lakin kritik təhlükəsizlik boşluqları aşkar edildiyi halda, yamalar qeyri-müntəzəm şəkildə təqdim olunacaq.

Qeyd edək ki, Galaxy S21 seriyası son əsas yeniləməsini — Android 15 əsaslı One UI 7.0 interfeysini — 2025-ci ilin birinci yarısında alıb. Son təhlükəsizlik yeniləməsi isə həmin ilin noyabrında buraxılıb.

Xatırladaq ki, Samsung yanvar ayının sonunda daha köhnə Galaxy S10 seriyası üçün də yeniləmə təqdim etmişdi.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki