İngiltərənin sabiq dövlət nazirlərindən Ann Widdecombe evində ölü tapılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, 78 yaşlı sabiq nazirin ölümü ilə bağlı cinayət işi başlanılıb. Hadisə ilə əlaqədar 26 yaşlı bir şəxs saxlanılıb.
Məlumata görə, Ann Widdecombe cümə axşamı İngiltərənin cənub-qərbində yerləşən Dartmoor bölgəsindəki evində ölü tapılıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun həyatını itirdiyini müəyyən edib. Araşdırma zamanı sabiq nazirin bədənində ağır xəsarət izləri aşkar olunub.
Polis bildirib ki, hazırkı mərhələdə hadisənin terror aktı və ya siyasi cinayət olması ilə bağlı hər hansı sübut yoxdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
RAUF
























