İran şahının sürgündə yaşayan oğlu və müxalif fiqur Reza Pahlavi İsraillə münasibətlərlə bağlı diqqətçəkən açıqlamalar verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Pəhləvi bildirib ki, hazırkı İran hakimiyyətindən fərqli olaraq, İsraili regionda strateji tərəfdaş kimi gördüklərini düşünür.
“Bu rejim İsraili dünya xəritəsindən silmək istəyir. Biz isə onları həqiqi strateji tərəfdaşlar kimi görürük”, – deyə o qeyd edib.
O, həmçinin İsrailin İranın üzləşdiyi müxtəlif problemlərin həllində kömək göstərə biləcəyini bildirib və israilli dostları bu prosesdə iştirak etməyə dəvət etdiklərini vurğulayıb.
Pəhləvi əlavə edib ki, onların İsraillə heç bir mübahisəsi və ya qarşıdurması yoxdur.
Jalə























