ABŞ-ın Orta Şərq Xüsusi Nümayəndəsi Steve Witkoff bildirib ki, ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlar nəticəsində 314 əsirin qarşılıqlı olaraq dəyişdirilməsi barədə razılığa gəlinib.
İNFOAZ.MEDİA xəbər verir ki, Razılaşma Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki üçtərəfli görüşlər çərçivəsində əldə olunub.
Witkoff bildirib ki, bu, son 5 ay ərzində keçirilən ilk belə əsir mübadiləsidir. O, görüşləri “təfərrüatlı və məhsuldar” adlandıraraq belə addımların diplomatik səylərin real nəticələr verdiyini və Ukrayna müharibəsinin sona çatmasına yönəlik prosesləri irəli apardığını vurğulayıb.Witkoff həmçinin danışıqların davam edəcəyini və gələcək həftələrdə daha çox irəliləyiş gözlədiyini bildirib.
EMİN
İNFOAZ.MEDİA
























