Rumıniya Prezidenti Nikuşor Dan bildirib ki, ötən gecə Qalați bölgəsində qəzaya uğrayan pilotsuz uçuş aparatının Rusiya istehsalı olan “Geran-2” dronu olduğu müəyyən edilib.
İNFOAZ.MEDİA xəbər verir ki, Prezidentin sözlərinə görə, bu nəticə Rumıniyanın dövlət mütəxəssisləri tərəfindən hazırlanmış və yekunlaşdırılmış texniki hesabatda öz əksini tapıb.
Nikuşor Dan vurğulayıb ki, araşdırmanın nəticələri birmənalıdır və pilotsuz aparatın mənşəyi ilə bağlı heç bir şübhə yeri qoymur.
Hadisənin təfərrüatları və mümkün nəticələri ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.
Rauf



























