ABŞ-nin dövlət katibi Marko Rubio İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü yüksək qiymətləndirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rubio bildirib ki, adətən NATO-ya qoşulan ölkələr zəif təhlükəsizlik vəziyyətinə görə alyansa üz tuturlar. Lakin İsveç və Finlandiya NATO-ya yalnız ehtiyac səbəbilə deyil, həm də alyansa yeni hərbi imkanlar qazandıran güclü tərəfdaşlar kimi qoşulublar.
O, bu iki ölkənin NATO ilə uzun illərdir müdafiə sahəsində əməkdaşlıq etdiyini də vurğulayıb.
Rauf























