“Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldo komandanın 2 fevralda keçiriləcək “Əl-Riyad” oyununu buraxmaq niyyətindədir.
İNFOAZ.MEDİA xəbər verir ki, Ronaldo üç ildir oynadığı klubun Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən idarə olunmasından narazıdır, xüsusən də eyni fondun rəqib klublarla müqayisədə investisiyaların azlığını tənqid edir.
O, transfer pəncərəsində komandaya cəlb olunan 21 yaşlı yarımmüdafiəçi Xaydir Əbdülkərim üçün də narazılıq bildirib. Qeyd olunur ki, klubun portuqaliyalı idarəçiləri Simão Coutinho və Jose Semedo bu ayın əvvəlində idarə heyətinin qərarı ilə vəzifələrindən kənarlaşdırılıb.
Rauf
























