image-wr-960-9backend

Qrenlandiyadan Trampın təhdidlərinə gözlənilməz cavab

Qrenlandiya parlamentinin sədr müavini Bentiarak Ottosen ABŞ-dan gələn təhdidlər fonunda ölkənin təhlükəsizliyini gücləndirmək məqsədilə Avropa İttifaqına (Aİ) yenidən qoşulma imkanlarının araşdırıla biləcəyini bildirib. Qeyd edək ki, Qrenlandiya 1985-ci ildə Aİ-dən çıxıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Ottosen bildirib ki, “Əgər ABŞ tərəfindən mənfi iqtisadi tariflərlə üzləşsək, milli təhlükəsizlik baxımından Avropa İttifaqına yönəlməli ola bilərik.”

Onun sözlərinə görə, Qrenlandiya Parlamenti bu məsələni artıq 2025-ci ildə müzakirə edib. Sədr müavini əlavə edib ki, mümkün üzvlüyün müstəqil dövlət kimi, yoxsa Danimarka Krallığının tərkib hissəsi olaraq həyata keçiriləcəyi hələlik dəqiqləşdirilməyib.

Bu arada, ABŞ prezidenti Donald Tramp bir gün əvvəl Qrenlandiya ilə bağlı vəziyyətin “yaxşı istiqamətdə inkişaf etdiyini” bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki