Azərbaycan çempionu Qarabağ FK UEFA Çempionlar Liqasının qrup mərhələsində İngiltərənin güclü təmsilçisi “Liverpul”a məğlub olsa da, turnirdə topladığı 10 xal sayəsində 22-ci yeri tutaraq play-off mərhələsinə vəsiqə qazanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Ağdam təmsilçisi qrup oyunları boyunca göstərdiyi sabit və mübariz çıxışla diqqət çəkib. Komanda bir sıra çətin qarşılaşmalarda vacib xallar toplayaraq turnirdə yoluna davam etməyə nail olub.
Beləliklə, Qarabağ FK Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirərək Azərbaycan futbolunun beynəlxalq arenadakı uğurlarına daha bir səhifə əlavə edib.
Orxan Məhərrəmov
























