Beşiktaşın Aston Villa klubuna satdığı ingilis hücumçu Temmi Abraham, qara-ağlılar tarixində ən yüksək məbləğə transfer olunan ikinci futbolçu olub.
İNFOAZ.MEDİA xəbər verir ki, klub Abrahamın transferindən 21 milyon avro gəlir əldə edib.
Bu göstərici ilə o, 2018-ci ildə 22 milyon avro qarşılığında İngiltərənin “Everton” klubuna keçən Cenk Tosundan sonra ikinci yerdə qərarlaşıb.
Rauf
























