image-1651758803_qalibafbackend

Qalibaf: Livanın bütün ərazisi üzərində suverenliyi ilə bağlı yekun həll əldə olunmalıdır

İran rəsmisi Məhəmməd Baqir Qalibaf Livandakı vəziyyət və aparılan danışıqlarla bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Qalibaf bildirib ki, Livanın bütün ərazisi üzərində milli suverenliyinin təmin olunması danışıqların əsas məqsədlərindən biridir.

“İnşallah, Livanın bütün ərazisi üzərində milli suverenliyinin təmin olunması bu danışıqlarda yekun həllini tapacaq və bu baş verənə qədər biz bu prosesi tərk etməyəcəyik”, – deyə o qeyd edib.

Qalibaf açıqlamasında danışıqların davam etdirilməsinin vacibliyini vurğulayaraq, prosesin nəticəyönümlü şəkildə irəliləməsinə ümid etdiyini bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki