İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin Hörmüz boğazı ilə bağlı hüquqlarını vurğulayaraq sərt açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Qalibaf bildirib ki, “İranın düşmənləri ağılsızlıqla hərəkət edir və bu davranışlar ölkənin Hörmüz boğazındakı potensial imkanlarını real gücə çevirir”.
O həmçinin qeyd edib ki, İranın bu strateji su yolunda suveren hüquqları var və burada göstərilən xidmətlər müqabilində rüsum və ödəniş tələb oluna bilər.
Jalə
























