İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və Qərbə sərt mesaj göndərib.
İNFOAZ.MEDİA xəbər verir ki, Qalibaf bildirib ki, İran xalqının hüquqlarını əks etdirən 14 maddəlik təklifdən başqa alternativ yoxdur.
Onun sözlərinə görə, fərqli yanaşmalar heç bir nəticə verməyəcək və yalnız ard-arda uğursuzluqlarla nəticələnəcək.
İran rəsmisi həmçinin vurğulayıb ki, prosesin uzadılması ABŞ üçün də baha başa gələcək.
“Onlar nə qədər çox vaxt itirsələr, bunun əvəzini Amerika vergi ödəyiciləri ödəyəcək”, – deyə Qalibaf qeyd edib.
Jalə
























