putinbackend

Putinin xüsusi nümayəndəsi istefa VERDİ

Sergey İvanov öz xahişi ilə Rusiya Prezidentinin Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə fevralın 4-də Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Prezident Vladimir Putin İvanovun vəzifədən azad edilməsi ilə bağlı fərmanı şəxsi təşəbbüsü əsasında imzalayıb.

Qeyd edək ki, Vladimir Putin 2016-cı ildə Sergey İvanovu Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edərək xüsusi nümayəndə postuna gətirmişdi.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki