Rusiya Prezidenti Vladimir Putin tarixi mövzuda çıxışı zamanı bildirib ki, İosif Stalinin nasist Almaniyasına qarşı Avropa ölkələri ilə ittifaq yaratmaq təşəbbüsü olub, lakin bu təşəbbüs dəstək qazanmayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Putinin sözlərinə görə, daha sonra bəzi Avropa dövlətləri Almaniya ilə razılaşmalar imzalayıb. O, xüsusilə 1938-ci ildə imzalanmış razılaşmalara və həmin dövrdə Böyük Britaniya rəhbərliyinin bunu sülh kimi təqdim etdiyini xatırladıb.
Rusiya lideri iddia edib ki, sonrakı mərhələdə nasist Almaniyası SSRİ-ni mümkün hücum hazırlığında ittiham etməyə başlayıb və bu ittihamların əsassız olduğunu bildirib.
Jalə
























