NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bildirib ki, pilotsuz uçuş aparatları döyüş meydanında inqilabi dəyişiklik yaradır.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, dronlar yeganə silah növü olmasa da, gələcək müharibələrdə ən təsirli vasitələrdən birinə çevriləcək və bütün döyüş məkanına təsir göstərəcək.
Draqone qeyd edib ki, gələcək qarşıdurmalarda döyüşə ilk cəlb olunan vasitələrin məhz dronlar olacağı gözlənilir.
Admiral vurğulayıb ki, müasir texnologiyalar “öldürmə dövrü”nün müddətini kəskin şəkildə azaldıb və artıq hədəfin aşkarlanması, izlənməsi, analiz edilməsi, identifikasiyası, vurulması və nəticələrin qiymətləndirilməsi bir neçə dəqiqə, hətta saniyələr ərzində həyata keçirilə bilir.
Rauf























