Paşinyanbackend

Paşinyan Rusiyaya mesaj verdi: əməkdaşlıq davam edir

Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanın Moskva ilə sıx əməkdaşlığı davam etdirdiyini bəyan edib. O, bu barədə Yerevanda keçirilən brifinq zamanı danışıb.

İNFOAZ.MEDİA-nın xəbərinə görə, Paşinyanın sözlərinə görə, Ermənistan Rusiya ilə müxtəlif sahələrdə fəal şəkildə əməkdaşlıq edir. Baş nazir qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə bir neçə dəfə görüş keçirib.

“Biz həm Rusiya, həm də Çin ilə çox sıx əməkdaşlıq edirik. Rusiya prezidenti ilə iki-üç görüşüm olub və biz bütün sahələr üzrə münasibətlərin inkişaf etdirilməsi üzərində işləyirik”, – deyə Paşinyan bildirib.

Nikol Paşinyan, həmçinin son vaxtlar Azərbaycanla enerji sahəsində əməkdaşlıq məsələlərinə də toxunub. Onun sözlərinə görə, iki ölkənin enerji sistemlərinin birləşdirilməsi planlaşdırılır. Bu əməkdaşlıq çərçivəsində gələcəkdə hər iki tərəf qarşılıqlı elektrik enerjisi idxalından faydalana biləcək.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki