image-2-1775718874backend

Pakistan ABŞ və İran arasında aparılan diplomatik danışıqlarda əsas vasitəçi rolunu oynayır

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Pakistan ABŞ və İran arasında aparılan diplomatik danışıqlarda əsas vasitəçi rolunu oynayır.

İNFOAZ.MEDİA xəbər verir ki, Rubio qeyd edib ki, Vaşinqtonun Tehranla danışıqlarında əsas əlaqələndirici tərəf Pakistan olub və bu ölkə “təqdirəlayiq iş görüb”. O əlavə edib ki, ABŞ hökuməti Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munir ilə ən yüksək səviyyədə daim əlaqə saxlayır və diplomatik proseslər davam etdirilir.

ABŞ rəsmisi həmçinin bildirib ki, İranla mümkün razılaşma üçün ümidlər qalır, lakin proses hələ yekunlaşmayıb və diplomatik danışıqlar davam edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki