image-resize-2026-06-09t134045-237-750x403backend

O qadın psixi xəstə imiş – DİN AÇIQLAMA YAYDI

Bakının Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.

Onun sağlamlıq vəziyyəti alınaraq nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki