Rusiya prezidenti Vladimir Putin strateji və taktiki nüvə qüvvələrinin hazırlıq səviyyəsinin artırılmasının vacib olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Putin qeyd edib ki, nüvə qüvvələrinin bütün komponentləri inkişaf etdirilməlidir. Bununla yanaşı, Rusiya silahlanma yarışına qoşulmaq niyyətində olmadığını vurğulayıb.
“Strateji və taktiki nüvə qüvvələrinin hazırlıq səviyyəsini artırmağa davam etmək vacibdir. Eyni zamanda, biz silahlanma yarışına cəlb olunmaq niyyətində deyilik”, — deyə o bildirib.
Rauf
























