Netanyahubackend

Netanyahu Trampla telefon danışığından sonra açıqlama verib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığından sonra bəyanat yayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu bildirib ki, əgər “Hizbullah” İsrail şəhərlərinə və mülki əhaliyə hücumları dayandırmasa, İsrail Beyrutda yerləşən “terror hədəflərinə” zərbə endirəcək.

O, İsrailin mövqeyinin dəyişməz qaldığını vurğulayaraq deyib ki, ölkə şimal sərhədində təhlükəsizliyi təmin etmək üçün əməliyyatlarını davam etdirəcək.

Eyni zamanda Netanyahu qeyd edib ki, İsrail Müdafiə Ordusu (IDF) planlaşdırıldığı kimi Livanın cənubunda əməliyyatları davam etdirəcək.

Rəsmi Təl-Əvivin açıqlamasına görə, regionda gərginlik yüksək olaraq qalır və hərbi əməliyyatların genişlənməsi ehtimalı istisna edilmir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki