İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ prezidenti Donald Tramp ilə söhbətində İsrailin özünü qətiyyətlə müdafiə edəcəyini vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu qeyd edib ki, İran yenidən İsrailə qarşı hücumlara başlasa, ölkəsi buna güclü cavab verəcək. Onun sözlərinə görə, son 24 saat ərzində İran və Hezbollah İsrailə yeni reallıq qəbul etdirməyə çalışsalar da, bu, Təl-Əviv üçün qəbuledilməzdir.
Baş nazir İsrailin hücumlara cavab vermək hüququndan imtina etməyəcəyini bildirərək əlavə edib ki, İran və Hizbullah əvvəlki dövrlərlə müqayisədə daha zəif vəziyyətdədir, İsrail isə daha güclüdür. Netanyahu həmçinin vurğulayıb ki, bu qüvvələrə qarşı aparılan kampaniya hələ başa çatmayıb.
Jalə
























