NATO-ya bənzər Avropa qüvvələri yaradılır? Rutte danışdıbackend

NATO-ya bənzər Avropa qüvvələri yaradılır? Rutte danışdı

NATO-nun baş katibi Mark Rutte ayrıca Avropa silahlı qüvvələrinin yaradılması ideyasına qarşı çıxaraq, bunun kollektiv müdafiəni zəiflədə və Rusiyanın maraqlarına xidmət edə biləcəyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, o, bu fikirləri yanvarın 26-da Brüsseldə Avropa Parlamentinin Müdafiə Komitəsinin iclasında səsləndirib. Ruttenin sözlərinə görə, paralel Avropa ordusunun formalaşdırılması strukturların təkrarlanmasına, kadr və resurs çatışmazlığına, eləcə də kollektiv müdafiənin çətinləşməsinə gətirib çıxara bilər.

NATO rəhbəri vurğulayıb ki, Avropanın təhlükəsizliyinin əsasında hələ də NATO dayanır və qitənin effektiv müdafiəsi yalnız NATO ilə Avropa İttifaqının imkanlarının birləşdirilməsi yolu ilə mümkündür. Onun fikrincə, Aİ əsas diqqəti müdafiə sənayesinin inkişafına və maliyyələşdirilməsinə yönəltməlidir.

Rutte əlavə edib ki, ABŞ-ın iştirakı olmadan Avropa öz təhlükəsizliyini təmin etməkdə çətinlik çəkər və məhz bu səbəbdən NATO kollektiv müdafiənin əsas dayağı olaraq qalmalıdır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki