NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş KomandanıAleksus Qrinkeviç Rusiya ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, general bildirib ki, Moskvanın NATO-nu “hücum xarakterli” ittihamları standart ritorikadır və alyansın mahiyyət etibarilə müdafiə təşkilatı olduğunu vurğulayıb. Onun sözlərinə görə, NATO Rusiyaya qarşı təhdid yaratmır və bunu Rusiya tərəfi də yaxşı bilir.
Qrinkeviç əlavə edib ki, əgər Rusiya NATO-nu real təhlükə kimi görsəydi, Ukraynaya qarşı müharibəyə başlamazdan əvvəl Leninqrad Hərbi Dairəsini boşaltmazdı.
Rauf
























