image-01kfwrze3vvsrc688j1ef0r1cs-largebackend

Məşhur idmançı vəfat etdi

Kanoe üzrə olimpiya çempionu Maksim Opalyevin ilk məşqçisi vəfat edib

Rusiyanın kanoe idmanı üzrə əməkdar məşqçisi Yuri Stepnov 84 yaşında vəfat edib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb. Bu barədə Rusiya Kanoe Federasiyasının mətbuat xidməti məlumat verib.

Stepnov 1967-ci ildə Sovet İttifaqı çempionatında 106 kilometrlik məsafədə gümüş medal qazanıb. Daha sonra o, məşqçi kimi fəaliyyət göstərməyə başlayıb.

Vida mərasimi 28 yanvar tarixində Volqoqrad şəhərində keçiriləcək.

EMİN
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki