Hollivud aktyoru və “Narcos” serialının ulduzu Gerardo Tarasena 55 yaşında vəfat edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tarasena beynəlxalq şöhrəti Mel Gibsonun “Apokalipsis” filmində canlandırdığı antaqonist roldan sonra qazanıb. Daha sonra Netflix-in “Narcos” serialında qaçaqmalçı Pablo Akostanı oynayıb. O, həm Meksika, həm də ABŞ filmlərində rol alıb, teatr səhnəsində də fəaliyyət göstərib.
Aktyorun ölüm səbəbi açıqlanmayıb.
Rauf

























