image-5812424712955563918backend

Maskat yaxınlığında gəmidə insident: yanacaq dənizə sızdı

Omanın Maskat şəhərindən təxminən 60 dəniz mili şərqdə yerləşən tanker yaxınlığında partlayış baş verib.

İNFOAZ.MEDİA xəbər verir ki, partlayış gəminin sol arxa hissəsinin su xətti yaxınlığında xarici təsir nəticəsində qeydə alınıb.

Hadisə zamanı ekipaj üzvləri və gəmi təhlükəsiz vəziyyətdə olub, lakin insident nəticəsində müəyyən miqdarda yanacaq dənizə sızıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki