Fransa Prezidenti Emmanuel Makron ötən gecə Paris və ölkənin digər şəhərlərində baş verən zorakılıq hadisələrini kəskin şəkildə pisləyib.
İNFOAZ.MEDİA xəbər verir ki, Makron bildirib ki, gecə boyu müşahidə olunan zorakılıq səhnələri qəbuledilməzdir və bunun idmanla heç bir əlaqəsi yoxdur.
“Bu, futbol deyil. Bu, idman deyil. Bu, bizim sevdiyimiz dəyərləri təmsil etmir”, – deyə Fransa lideri vurğulayıb.
Prezident hadisələrə görə məsuliyyət daşıyan şəxslərə qarşı sərt tədbirlər görüləcəyini bildirib.
“Biz günahkarlarla bağlı heç bir güzəştə getməyəcəyik. Artıq belə hadisələri görmək istəmirik. Bəsdir, artıq buna son qoyulmalıdır”, – deyə Makron qeyd edib.
Jalə























