Livan tərəfi bildirib ki, “Hizbullah” ABŞ-ın vasitəçiliyi ilə təqdim olunan qarşılıqlı hücumların dayandırılması təklifini qəbul edib.
İNFOAZ.MEDİA xəbər verir ki, razılaşma planına əsasən, İsrail Beyrutun cənubundakı Dahiyeh bölgəsinə hava zərbələrini dayandıracaq, “Hizbullah” isə İsrail ərazisinə yönələn hücumları dayandıracaq.
Məlumata görə, bu addım regionda gərginliyin azaldılması və sərhəd toqquşmalarının qarşısının alınması məqsədi daşıyır. Tərəflər arasında vəziyyətin sabitləşməsi üçün diplomatik təmasların davam etdiyi bildirilir.
Rauf
























