image-6a0edb68a953e6a0edb68a953f17793585686a0edb68a953c6a0edb68a953d-768x403backend

Komitə sədri: 1000-dən çox media nümayəndəsi WUF13-ü geniş işıqlandırıb

Dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələr olduqca fəal keçib.

Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, forum beynəlxalq medianın böyük diqqətini cəlb edib:

“1000-dən çox akkreditə olunmuş media nümayəndəsi WUF13-ü geniş şəkildə işıqlandıraraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətinin qlobal miqyasda təşviqinə töhfə verib”.

Anar Quliyev qeyd edib ki, WUF13-ün digər mühüm nəticələrindən biri gələcək Ümumdünya Şəhərsalma Forumlarında tətbiq olunacaq səmərəlilik standartlarının yaradılması məqsədilə Bakı Standartının tətbiqinə dair niyyət məktubunun imzalanması olub.// Apa


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki