İranla müharibə zamanı ABŞ-ın Kərəc şəhərində yerləşən B1 körpüsünə endirdiyi hava zərbəsinin yeni görüntüləri yayılıb. Kadrlarda hədəfin vurulması və zərbənin körpünün konstruksiyasına vurduğu ziyan əks olunur.
İNFOAZ.MEDİA xəbər verir ki, Alborz vilayətində yerləşən və regionun ən iri infrastruktur layihələrindən biri hesab olunan B1 körpüsü 2026-cı ilin aprelində həyata keçirilən hücum zamanı ciddi zərər görüb və körpünün bir hissəsi çöküb.
Yeni yayılan görüntülər hücumun fərqli rakursdan qeydə alınmış kadrlarını nümayiş etdirir və zərbənin miqyasını daha aydın göstərir.
Rauf
























