image-2ad9d41521ea12ad7ef3eb172976629db59b3915-jpgbackend

Kante rəsmi olaraq “Fənərbaxça”da

“Fənərbaxça”, dünyaca məşhur Fransız yarımmüdafiəçi N’Golo Kanteni transfer edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Səudiyyə Ərəbistanın Al-Ittihad klubundan transfer olunan Kante, “Fənərbaxça” ilə 2,5 illik müqavilə imzalayacaq.

Kante-ni İstanbul’a gətirən təyyarə saat 21:30-da Sabiha Gökçen hava limanına enib və bir qrup azarkeş onu qarşılayıb.

“Fənərbaxça” prezidenti Sadəttin Saran, Kante-nin transfer prosesinə verdiyi dəstəyə görə Ərdoğana təşəkkür edib.

Klub 3 fevral tarixində Al-Ittihad klubunun Kante-yə aid sənədləri gec təqdim etməsi səbəbindən transferin tamamlanmadığını və FIFA-ya edilən şikayətin də qəbul edilmədiyini açıqlamışdı.

Daha sonra “Fənərbaxça” sosial media hesabından yeni açıqlama verərək Kante-nin transferinin tamamlandığını bildirdi.

Bildirilir ki, Ərdoğanın Səudiyyə Ərəbistanı səfəri zamanı müdaxiləsi transferin reallaşmasında böyük rol oynayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki