İsrail mediası və təhlükəsizlik mənbələrinə istinadən yayılan məlumata görə, İran atəşkəs dövründə ballistik raket istehsalını yenidən sürətləndirib və bu proses ABŞ və İsrail kəşfiyyatının əvvəlki proqnozlarını üstələyir.
İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Konqresdə çıxışı zamanı İranın müdafiə sənayesinin təxminən 90 faizinin məhv edildiyini və onun bərpasının illər çəkəcəyini bildirsə də, yeni kəşfiyyat qiymətləndirmələri daha mürəkkəb mənzərə ortaya qoyur.
Məlumata görə, İranın raket buraxılış qurğularının təxminən üçdə ikisi müharibədən salamat çıxıb və möhürlənmiş tunellərdən çıxarılaraq başqa yerlərə köçürülüb.
Həmçinin iddia olunur ki, İran hazırda improvizə olunmuş yeraltı obyektlərdə yeni ballistik raketlər, buraxılış sistemləri və hava hücumundan müdafiə vasitələri istehsal edir. Bu prosesdə qalan ehtiyat hissələri, Rusiyanın dəstəyi və Çindən qaçaqmalçılıq yolu ilə gətirilən komponentlərdən istifadə olunduğu bildirilir.
İsrail müdafiə rəsmiləri isə İranın pilotsuz uçuş aparatları (PUA) parkını bir neçə ay ərzində bərpa edə biləcəyini, raket istehsalını isə bir il və ya daha qısa müddətdə yenidən genişləndirə biləcəyini təxmin edir.
Jalə
























