image-2026-03-10t145909z-1346267152-rc26f49p3e5o-rtrmadp-3-iran-crisis-leaderbackend

İrandan nüvə siyasəti ilə bağlı yeni qərar — zənginləşdirilmiş uran ölkədə qalacaq

İranın Ali Rəhbəri Müctəba Xamanei ölkənin yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının xaricə çıxarılmaması barədə göstəriş verib.

İNFOAZ.MEDİA xəbər verir ki, İran əvvəllər ABŞ ilə aparılan danışıqlarda 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini ixrac etməyə hazır ola biləcəyini siqnal etmişdi. Lakin ABŞ və İsrail tərəfindən edilən hərbi təhdidlərdən sonra Tehran bu mövqeyini dəyişib.

Yeni qərara əsasən, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatları ölkə daxilində saxlanılacaq və xaricə göndərilməyəcək.

Məlumatda qeyd olunur ki, bu addım ABŞ-ın əsas tələblərindən biri ilə ziddiyyət təşkil edir və nüvə danışıqlarında gərginliyi artırır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki