ABŞ prezidenti Donald Tramp bildirib ki, İran yüksək səviyyədə zənginləşdirilmiş uranı əlində saxlaya bilməz.
İNFOAZ.MEDİA xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ həmin uranı əldə etdikdən sonra böyük ehtimalla məhv edəcək.
“İran yüksək zənginləşdirilmiş uranı saxlaya bilməz. Biz onu əldə etdikdən sonra yəqin ki, məhv edəcəyik. Biz bunu istəmirik”, — deyə o bildirib.
Rauf
























