image-5794008820903251339backend

İran yeraltı raket bazasını bərpa edir

Mayın 18-nə aid peyk görüntüləri İranın Qəzvin vilayətində yerləşən Abyek yeraltı raket bazasında beş girişdən dördünün yenidən açıldığını göstərib.

İNFOAZ.MEDİA xəbər verir ki, beşinci girişdə də qismən təmizləmə işləri aparılıb.

Baza ABŞ və İsrailin hava əməliyyatları zamanı raketlərin yeraltında saxlanılması məqsədilə hədəf alınmışdı.

ABŞ kəşfiyyatının ümumi qiymətləndirməsinə əsasən, İran artıq yeraltı raket infrastrukturunun təxminən 90 faizinə çıxışı bərpa edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki