İranın Xarici İşlər naziri Abbas Əraqçi ABŞ ilə aparılan təmaslar və mesaj mübadilələri barədə açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, hazırda tərəflər arasında danışıqlar və vasitəçilər üzərindən mesajlaşmalar davam edir, lakin proses yekunlaşmadığı üçün konkret nəticə barədə fikir bildirmək mümkün deyil.
Əraqçi vurğulayıb ki, hazırkı mərhələdə deyilənlərin çoxu yalnız ehtimallar və spekulyasiyalardır və onlara ciddi yanaşmaq doğru deyil.
Nazirin sözlərinə görə, danışıqların nəticəsi yalnız yekun razılaşma əldə edildikdən sonra qiymətləndirilə bilər.
Qeyd edək ki, İran və ABŞ arasında nüvə proqramı və regional məsələlərlə bağlı dolayı təmasların davam etdiyi, lakin tərəflərin hələ də bir sıra fundamental məsələlər üzrə razılığa gələ bilmədiyi bildirilir.
Rauf
























