İran və ABŞ-ın bu cümə günü İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə yüksək səviyyəli nüvə danışıqları aparacağı bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, görüşdə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak edəcək. Danışıqların Dolmabahçe Sarayında keçirilməsi və iclasa Prezident Ərdoğanın sədrlik etməsi gözlənilir.
Görüş İranla ABŞ arasında gərginliyin azaldılmasına yönəlmiş regional diplomatik səylər fonunda planlaşdırılır.
Rauf
























