İranın Tasnim agentliyinin yaydığı məlumata görə, ABŞ ilə mümkün razılaşma üzrə danışıqlarda yekun qərar hələ qəbul edilməyib.
İNFOAZ.MEDİA xəbər verir ki, əgər ABŞ Prezidenti Donald Tramp hazırlanan saziş layihəsinə dəyişikliklər təklif edərsə, İran tərəfi də öz düzəlişlərini təqdim edəcək.
Bildirilib ki, hazırda heç bir məsələ tam razılaşdırılmayıb və yekun sənəd təsdiqlənməyib. Tehran yalnız öz maraqlarına uyğun şərtləri qəbul edəcəyini vurğulayıb.
İran rəsmiləri həmçinin qeyd ediblər ki, danışıqların nəticəsiz qalacağı ehtimalına da hazırdırlar və razılaşma əldə olunmaması variantını istisna etmirlər.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı müxtəlif məlumatlar yayılsa da, hər iki tərəf yekun sənədin hələ təsdiqlənmədiyini bildirir.
Rauf
























