İranın yüksəkvəzifəli rəsmilərindən Mohsen Rezaei ABŞ və İsrailə yönəlik sərt bəyanatla çıxış edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rezaei bildirib ki, İran Hörmüz boğazına nəzarət edir və ölkə nə dəniz blokadasına, nə də Livanda gərginliyin daha da artırılmasına imkan verəcək. O vurğulayıb ki, Tehran öz maraqlarını qorumaq üçün lazım olan addımları atmağa hazırdır.
İranlı rəsmi həmçinin xəbərdarlıq edib ki, “Tehranın səbrinin də həddi var” və bölgədə vəziyyətin daha da gərginləşməsi ciddi nəticələrə səbəb ola bilər.
Jalə























