İran millisinin 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirakı təsdiqlənib.
İNFOAZ.MEDİA xəbər verir ki, İran XİN sözçüsü İsmayıl Bəqai bildirib ki, FIFA komandanın hüquqlarının qorunacağına dair rəsmi təminat verib.
Qeyd olunub ki, Türkiyədə FIFA və İran Futbol Federasiyası nümayəndələri arasında keçirilən görüşdə mundialla bağlı məsələlər müzakirə olunub və İran millisinin turnirdə iştirakı gözlənildiyi vurğulanıb.
Rauf























